[b]25431 müəllimin əməkhaqqı artırılıb[/b]
08 iyun 2016 12:32 (UTC +04:00)

[b]25431 müəllimin əməkhaqqı artırılıb[/b]

 

"Bu tədris ilində Azərbaycanın 12 şəhər və rayonu üzrə diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimin (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) əməkhaqqısı artırılıb".

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə 2015-2016-cı tədris ilinə dair yekun hesabatda qeyd olunub. Hesabatda göstərilib ki, prezident İlham Əliyevin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2016-cı il aprelin 1-dən orta hesabla 10 faiz artırılıb.  Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan, əvvəllər sınaq imtahanlarında iştirak etməyən və iştirak edib aşağı bal toplayan, eləcə də Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. İmtahanlar proqram təminatı əsasında kompüterlər vasitəsilə keçirilib. Diaqnostik qiymətləndirmə dövlət başçısının “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına və təhsil nazirinin müvafiq əmrinə əsasən aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254

Oxşar yazılar