
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Əvvəlcədən xəbər verildiyi kimi, mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, rayonlarda bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Yağan leysan xarakterli intensiv yağışla əlaqədar Kişçaydan daşqın keçib.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Məlumata görə, ən çox düşən yağıntının miqdarı Oğuzda 44 mm (aylıq normanın 41 faizi), Kişçayda (Şəki) 40 mm (39 faiz), Zaqatalada 33 mm (26 faiz), Xınalıqda 25 mm, İsmayıllıda 22 mm, Göyçayda 21 mm (34 faiz), Qəbələdə 19 mm, Sarıbaşda (Qax) 18 mm, Xaltanda 15 mm, Qırızda 13 mm, Naftalanda 12 mm qeydə alınıb. Digər rayonlarda 1.0-8.0 mm olub.
Cənub-qərb küləyi Gəncədə 34, İsmayıllıda 32, Daşkəsəndə 30, Ağsuda 27, Şamaxıda 26, Balakəndə 24, Zaqatalada 22, Göygöl, Yevlax, Yeniabad kəndində (Şəmkir) 20, Şəkidə 18, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 15-20 m/s-dək güclənib.
Şəkinin Əyriçay məntəqəsində diametri 34 mm, Dəhnə kəndi Acınohur və Sarıbaş kəndində saat 00:00 radələrində diametri 16 mm, saat 22:00-22:45 radələrində Kiçik Dəhnə kəndində diametri 18-20 mm, Tərtər rayonunda saat 22:15-22:18 radələrində diametri 10 mm olan, Zaqatalada rayonu ərazisinə isə saat 22:22 radələrində dolu düşüb.
ETSN bildirir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 22-dək davam edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Oxşar yazılar

Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32
"Sovetski"dəki o buna söküləcək?
8 may 2025 , 16:12
Bakıda bu yolda EHTİYATLI OLUN - Sürücüləri gözləyən "SÜRPRİZ" - VİDEO
8 may 2025 , 15:51
Bakıda bu yol bağlanır
8 may 2025 , 15:46
Bakıda yağış zamanı pəncərə və eyvandan su axmaması üçün bunları edin - Memar DANIŞIR -VİDEO
8 may 2025 , 14:13
Kartof-soğanın qiyməti niyə belə artdı? – Satan narazı, alan incik
8 may 2025 , 13:59
Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: Nə vaxt başlayacaq?
8 may 2025 , 13:31