(R) İDEAL mağazasında “Viktor &Rolf” brendinin təqdimatı!
26 aprel 2013 15:17 (UTC +04:00)

(R) İDEAL mağazasında “Viktor &Rolf” brendinin təqdimatı!

0

Aprelin 19-da “28 Mall” TM-də yerləşən “İDEAL” mağazasında “Viktor &Rolf” brendinin təqdimat mərasimi keçirildi.

Bu münasibətlə mağaza brendin ruhuna uyğun olaraq güllərlə bəzədilmişdi.Gecənin qonaqları  “Viktor &Rolf” brendinin bütün ətirləri ilə tanış oldular. Həmin gün qonaqlara modellər tərəfindən qadınlar üçün “Viktor & Rolf Flower Bomb”, kişilər üçün “Spice Bomb” ətirlərinin təqdimatı keçirildi.

“Viktor &Rolf” öz faliyyətini qeyri adi geyimlərin yaradılmasına yönəldən  ən parlaq geyim brendi olmaqla yanaşı həm də parlaq aksesuarlar və heyranedici ətirlərin yaradıcısıdır.

Brend yeni kolleksiyalarını ildə 2 dəfə təqdim edir. Bir çox tanınmış insanlar bu mərasimdə iştirak etməyi arzulayırlar, çünki bu şoular zamanı brendin yaradıcılarının izləyiciləri nə ilə təəccübləndirəcəklərini təsəvvür etmək mümkün deyil.

Brend bütün dünyanı yeni ətriyyat bombası ilə də valeh edir. Brendin qadınlar üçün nəzərdə tutulan ətirləri xəyalı təcəssüm edərək, istənilən xanımı ətir saçan gülə çevirməyə qadirdir. Ətrin flakonu öz konfiqurasiyası ilə qumbaranı və brilyantı, eyni zamanda qadın təbiətində gizlədilmiş gözəlliyin təhlükəliliyini vurğulayır. Onun dalğası podiumlardan qara paltarlı manekenləri, qızılgül ləçəkləri ilə bəzədilmiş güllərlə əvəz etdi.

Brendin kişilər üçün nəzərdə tutulan ətirləri isə eleqantlıq və dəqiqliyi əks etdirir.

Viktor &Rolf ətirləri sahibinin obrazına son nöqtəni qoyan əlavə kimi yaradılmasına baxmayaraq, zamanla fərqli qarderoblarla kombinasiya edildi. Bu isə brendin və onun ətirlərinin məşhurluğunu təsdiq etdi.

Markanın mütəxəssisi Yevgeniy Kudinov təqdimatı etdikdən sonra, bütün qonaqlara hədiyyələr təqdim edildi.

Modelin geyiminə görə “List” dəbli qadın geyimləri butikinə təşəkkürümüzü bildiririk.

Xatırladaq ki, “28 Mall” ticarət mərkəzində yerləşən “İDEAL” mağazası bütün Zaqafqaziyada ən böyük parfum və kosmetika mağazasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1236

Oxşar yazılar