Bu xəbər ofisdə növbətçi pencək gəzdirənlər üçündür! Kostyum, doğrudan da, adama ağırlıq edir. Məsələn, bir yüngül yaz kostyumunun çəkisi ən azı kilo yarımdır. “Çiyinlərə düşən iş yükünü kostyum ağırlığı ilə artırmağa dəyməz” düşünən Türkiyə brendi Ramsey kişi kostyumunun çəkisini 50% azaldıb.
Türkiyədə 25 ildən bəri kişi modasının önündə gedən brend buna 2 illik araşdırmaları nəticəsində nail olub. Standart kişi kostyumunun ağırlığı 1.200 ilə 1.400 qram arasında olduğu halda, Ramseyin “Zero Weight” kostyumları, parçasından asılı olaraq, 750 ilə 850 qram arasında dəyişir. Bu yüngüllük klassik kostyum görüntüsündəki klassik duruşu qurban vermədən saxlanır. Səbəbi isə kostyumlarda işlənən incə içlik telalar, parçalar və korsajın yüngülləşdirilməsidir. “Zero Weight” kostyumlarının ağırlıq etməməsinin səbəblərindən biri də onların qəlibidir. Standart kostyumlar sahiblərinin bədənlərini sərt qəlibə saldıqları halda, “sıfır çəki” kostyumlar şəklini sahibinin bədəninə uyğun, amma eleqantlığını və şıqlığını saxlayaraq dəyişir.
Daha yüngül kostyum istehsalı bu günə qədər müxtəlif markalar tərəfindən təqdim olunsa da, bu nümunələr casual görüntüdən kənara çıxa bilməmişdi. Həm də bu texnologiyaya daha bahalı brendlər sahib idi. Ramsey isə öz kostyumlarını orta gəlirli ofis işçiləri üçün də əlçatan qiymətə təqdim edir.
Qeyd edək ki, “sıfır çəki” Ramsey-in klassik kişi geyimi texnologiyasında yalnız bir nümunədir. Kişi modasındakı öncüllüyü Ramsey-ə məşhur İngiltərə futbol klubu Liverpulun rəsmi geyim sponsoru adını fəxrlə daşımaq imkanı verir. Yeniliklərinin Azərbaycanda da maraqla qarşılandığını nəzərə alan brend Bakıda artıq ikinci mağazasını açıb. Brendin beynəlxalq konsepsiyasını tamamilə əks etdirən yeni Ramsey mağazası Atatürk prospektində 60-da yerləşir.