Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi üçün illik qiymətləndirilməsində dəyişiklər edilib.
Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Belə ki, dəyişikliklər təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”ında dəyişiklik edilməsi barədə yeni imzaladığı əmrinə əsasən həyata keçiriləcək.
Əmrdə qeyd olunub ki, əvvəllər mövcud olan cədvələ əsasən, şagird I yarımildə (Y1) “2” II yarımildə (Y2) “2” qiymət alırdısa illik qiymət “2, Y1-də “2”, Y2-də “3” alırdısa, ilik qiyməti “3”, Y1-də “2”, Y2-də “4” alırdısa, illik qiymət “3”, Y1-də “2” Y2-də “5” alırdısa, illik qiymət “4” çıxarılırdı. Bundan əlavə, Y1-də “3”, Y2-də “2” aldıqları halda illikdə “2”, Y1-də “3”, Y2-də “3” alırsa, illikdə “3”, Y1-də “3”, Y2-də “4” alırsa, illikdə “4” Y1-də “3”, Y2-də “5” alırsa, illik qiymət “4”, Y1-də “4”, Y2-də “2” alırsa, illik “2”, Y1-də “4”, Y2-də “3” alırsa, illik “4”, Y1-də 4”, Y2-də “4” alırsa, illik “4”, Y1-də “4”, Y2-də “5” alarsa illik “5”, Y1-də “5”, Y2-də “2” alarsa, illik “2”, Y1-də “5”, Y2-də “3” alırsa, illik “4”, Y1-də “5”, Y2-də “4” alırsa, illik “5”, Y1-də “5”, Y2-də 5 alırsa, illikdə “5” qiyməti alırdı.
Əmrə əsasən təlimatda edilən dəyişikliyə görə isə , bu ildən şagird I yarımildə (Y1) “2” II yarımildə (Y2) “2” qiymət alıbsa, illik qiymət “2, Y1-də “2”, Y2-də “3” alırsa, ilik qiyməti “3”, Y1-də “2”, Y2-də “4” alırsa, illik qiymət “3”, Y1-də “2” Y2-də “5” alırsa, illik qiymət “4” çıxarılacaq. Bundan əlavə, Y1-də “3”, Y2-də “2” aldıqları halda illikdə “2”, Y1-də “3”, Y2-də “3” alırsa, illikdə “3”, Y1-də “3”, Y2-də “4” alırsa, illikdə “4”, Y1-də “3”, Y2-də “5” alırsa, illik qiymət “4”, Y1-də “4”, Y2-də “2” alırsa, illik “3”, Y1-də “4”, Y2-də “3” alırsa, illik “3”, Y1-də 4”, Y2-də “4” alırsa, illik “4”, Y1-də “4”, Y2-də “5” alarsa illik “5”, Y1-də “5”, Y2-də “2” alarsa, illik “3”, Y1-də “5”, Y2-də “3” alırsa, illik “4”, Y1-də “5”, Y2-də “4” alırsa, illik “4”, Y1-də “5”, Y2-də 5 alırsa, illikdə “5” qiyməti alacaq.
Əmrdə bildirilir ki, “Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə Təhsil Nazirliyinin təqdim etdiyi qiymətləndirmə vasitələrindən istifadə edilməklə fənni tədris edən müəllim tərəfindən aparılır.