Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırıldı
30 may 2019 15:25 (UTC +04:00)

Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırıldı

2019/2020-ci tədris ili üçün tələbə qəbulu planında dövlət sifarişli yerlərin sayı 8200-ə yaxın artırılıb.

Lent.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə bildirib.

Yeni qəbul olunan "Ümumi təhsil haqqında" Qanundan danışan nazir müavinini sözlərinə görə, bildirib ki, hər il dövlət sifarişli yerlərin sayı 12 min 300 idissə, növbəti ildən bu rəqəm 20 min 450 olacaq: “Təhsil sistemimizdə dövlət hesabına təhsil alanların sayının artırılması təhsilin əlçatımlığını artıracaq”.

O qeyd edib ki, yaxın günlərdə tələbə kreditləri ilə bağlı da müvafiq sənədlər qəbul ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar