Allahverdi Bağırov  anıldı
25 aprel 2013 14:41 (UTC +04:00)

Allahverdi Bağırov anıldı

0

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günü  Ağdamda, şəhidlərin xatirəsinə ucaldlmış abidənin önündə qeyd edilib. Lent. az-ın verdiyi məlumata görə, anım mərasiminə onun doğmaları, yaxınları qatılıb. Mərasimdə onun göstərdiyi xidmətlərdən söhbət açılıb, şeirlər səsləndirilib.

Bacısı Svetlana Bağırova  qardaşıyla həmişə qürur duyduğunu deyib:

“ O,  dünyaya qəhrəman kimi gəldi, qəhrəman kimi də həlak oldu. Əvvəllər onun haqqında tez-tez danışardılar. Sənədli filmlər göstərilərdi. Onun xidmətlərindən söhbət açılardı. Ancaq son illər elə bil kimlərsə onun adının çəkilməsinə mane olur... Azadlığımız uğrunda iki qardaş itirmişəm”.

Sonda Svetlana Bağırova  Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovdan  Allahverdi Bağırovun adına məktəb və ya küçə  verilməsini xahiş edib. Nizami Sadıqov bu barədə lazımi kömək göstəriləcəyinə söz verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1561

Oxşar yazılar