Analoq TV yayımının dayandırılması kimlərə problem yaradacaq? – <span style="color:red;">Açıqlama
27 sentyabr 2016 17:28 (UTC +04:00)

Analoq TV yayımının dayandırılması kimlərə problem yaradacaq? – Açıqlama

Milli Televiziya və Radio Şurasının bu gün keçirilən iclasında Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının noyabrın 1-dən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının dekabrın 1-dən etibarən dayandırılması barədə qərar qəbul edilib.

 

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, analoq TV rəqəmli televiziya yayımını dəstəkləməyən yayımdır: “ Müasir, yeni nəsil televizorların hamısı rəqəmli TV  yayımını dəstəkləyir. Ancaq loru dildə desək, arxası enli, köhnə televizorlar var ki, bunlar rəqəmli yayımı dəstəkləmir. Və həmin televizorlar tərəfindən rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlıq - dekoder (“Set-Top-Box”-ların)  əldə olunmalıdır”.

 

 

Aparat rəhbəri bildirib ki, kabel şəbəkəsi yayımına qoşulmuş şəxslər burda istisna təşkil edir: “İzləyici televizorunda peyk vasitəsilə siqnalı qəbul edirsə və yaxud hər hansı bir kabel şəbəkəsinin xidmətlərindən istifadə edirsə, təzə televizoru varsa, onun dekoderə ( çevirici) ehtiyacı yoxdur. Əvvəlki qaydada televiziya proqramlarını izləyə biləcək. Bu, ancaq yerüstü yayıma aiddir. Yəni izləyici evdə ya damda antena quraşdırıb yerli telekanalları izləyirsə, artıq köhnə televizorla izləyə bilməyəcək. Həmin izləyici  gərək ya yeni televizor alsın ya da köhnə televizora dekoder qoyulmalıdır".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar

Sabah  çimərliklərdə hava   necə olacaq? - PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir

Bakıda kuryerlər "Wolt"u boykot edir

7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

7 iyul 2025 , 15:10
Bakıya  yağış,   rayonlara  leysan yağacaq  - Sabahın havası

Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası

7 iyul 2025 , 12:55
Bu həftə gözlənilən maqnit qasırğalarının  PROQNOZU

Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU

7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq  BÜRC

İyul ayında hər şeydə şanslı olacaq BÜRC

7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

7 iyul 2025 , 08:29