
Avtovağzalda yenilənmiş məlumat mərkəzi: bilet probleminə son!
"Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərə avtobus reysləri fəaliyyət göstərir. Biletləri gündəlik və ya səfər tarixinə 10 gün qalmışdan 1 gün əvvələ kimi online qaydada sayt və mobil tətbiq vasitəsilə və ya qabaqcadan satış kassalarından əldə etmək imkanı var".
Bu barədə Lent.az-a qurumun mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O bildirib ki, kassalar səhər saat 07:00-dan 00:00-a qədər sərnişinlərin ixtiyarındadır:
"BBAK-ın əsas məqsədi xidmət səviyyəsini yüksəltmək və sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Bu məqsədlə bir çox işlər görülüb və hazırda görülməkdədir. Avtovağzal Kompleksindən istifadə zamanı yaranan neqativ halları daha tez və effektiv həll edə bilməmiz üçün problem yaşanılan zaman yerindəcə (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng edə və ya perron nəzarətçilərinə yaxınlaşmaq mümkündür.
Eyni zamanda facebook adresi və ya [email protected] email ünvanı vasitəsilə də yazmaq olar".
P.Məmmədova əlavə edib ki, çox qısa zaman sonra tamamilə yenilənmiş və müasir standartlara cavab verən məlumat mərkəzi istifadəyə veriləcək.
Oxşar yazılar

Yayda ilk qar yağdı
5 avqust 2025 , 22:57
İnfluenserlər nə qədər vergi ödəyir? - Gizli qalan gəlirlər - VİDEO
5 avqust 2025 , 22:22
Vanqadan avqust ayı üçün dəhşətli PROQNOZ: mahiyyəti nədir
5 avqust 2025 , 20:15
Mənzil nömrəniz həyatınızı dəyişə bilər - Sirri AÇIQLANDI
5 avqust 2025 , 19:59
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
5 avqust 2025 , 19:07
Kiçik şeyləri qaçırmayın, böyük uğurlara səbəb ola bilər – Avqustun əvvəli üçün ulduz falı
5 avqust 2025 , 18:31
Avqustun 7-də bu rayonda qaz olmayacaq
5 avqust 2025 , 18:27