
Məktəblilərimiz Beynəlxalq Olimpiadada 5 medal qazanıblar
Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis Olimpiadası keçirilib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla iştirak ediblər.
İnformatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov gümüş, Murad Eynizadə bürünc medala layiq görülüblər.
Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad Ağazadə gümüş, kimya fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Xanım Yaqublu və Aydan Nağızadə gümüş medal qazanıblar.
Beləliklə, məktəblilərimiz 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında III yerə layiq görülüblər.
Oxşar yazılar

Bu rayonlara leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
14 avqust 2025 , 10:42
Azərbaycanda 73 nəfər valideynlik hüququndan məhrum edildi
14 avqust 2025 , 10:25
Hər evdə olan bu dərmanlar mədəyə, ürəyə və qaraciyərə zərər verir
14 avqust 2025 , 10:21
Avqust ayında varlanacaq İKİ BÜRC
14 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
14 avqust 2025 , 08:15
Avqustun 14-ü 3 bürc üçün sevincli dövrün başlanğıcı olacaq
14 avqust 2025 , 00:02
Azərbaycanda ŞOK: 72 yeniyetmə abort etdirib
13 avqust 2025 , 17:19