Azərbaycan və Türkiyə diasporundan ermənilərə cavab
25 aprel 2013 10:08 (UTC +04:00)

Azərbaycan və Türkiyə diasporundan ermənilərə cavab

0

 

Aprelin 24-də Türkiyənin Ottavadakı səfirliyinin qarşısında Kanadada yaşayan erməni icmasının nümayəndələri qondarma “erməni soyqırımı günü” münasibətilə etiraz aksiyası keçiriblər.

 

Azərbaycanın Kanadadakı səfirliyindən Lent. az-a verilən məlumata görə, ermənilər 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrin Türkiyə tərəfindən soyqırımı kimi tanınmasını tələb edən müxtəlif şüarlar səsləndiriblər.

 

Ermənilərin aksiyasına cavab olaraq, Kanada paytaxtında türk və Azərbaycan icmalarının üzvləri Türkiyə səfirliyinin qarşısında toplaşaraq ermənilərin şüarlarına etirazlarını bildiriblər. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını və işğal altındakı  ərazilərin azad olunmasını tələb ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 901

Oxşar yazılar