Azərbaycanda möhtəşəm filarmoniya tikiləcək  - YENİLƏNİB
19 aprel 2013 10:52 (UTC +04:00)

Azərbaycanda möhtəşəm filarmoniya tikiləcək - YENİLƏNİB

Gəncə şəhərində möhtəşəm musiqi sarayı – filarmoniyanın tikintisi planlaşdırılır. Lent.az-ın məlumatına görə, bir müddət əvvəl Gəncə şəhərindəki köhnə filarmoniya binası sökülüb. Şəhərdə daha böyük və möhtəşəm musiqi kompleksinin tikintisi nəzərdə tutulub.

 

Burada müxtəlif musiqi tədbirlərini keçirmək mümkün olacaq. Kompleksdə həm də musiqi məktəbinin, dərnəklərin fəaliyyət göstərməsi, musiqi alətləri emalatxanasının və s. olması da planlaşdırılır.

 

Lent.az-a verilən digər məlumata görə, köhnə filarmoniya Gəncədə çayın kənarında qəzalı binada yerləşirdi. Yeni kompleks isəşəhərin mərkəzində köhnə Bakı kinoteatrının binasının yerində və daha geniş ərazidə inşa olunur.

# 3450
avatar

Nizam Rza

Oxşar yazılar