Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i Binəqədi şosesi ilə birləşdirən 4-cü Qapı küçəsində yenidənqurma işləri davam etdirilir. Lent.az-ın Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, uzunluğu 7 km, mövcud eni 9 m olan küçə 13 m-ə qədər genişləndirilir. Vaxtilə yol örtüyünün dağılmasına səbəb olan sağ və sol hissələrdə yerləşən çirkab su kanalları təmizlənir, dəmir-beton təhnələr və kanalizasiya boruları qoyulmaqla yolun profilindən kənarlaşdırılır. Paralel olaraq neftlə çirklənmiş torpaq yatağı çıxarılır, 1,5-2 m dərinliyində yenidən inert materialları ilə dolduralaraq kipləşdirilir. Bundan əlavə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması, səki daşlarının qoyulması və yeni kommunikasiya xətlərinin çəkilməsi işləri gedir.

Oxşar yazılar

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?
17 iyul 2025 , 19:59
Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ
17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ
17 iyul 2025 , 19:06
İki BÜRCÜN həyatında “ağ zolaq” başlayır: Çətin dövrdən sonra
17 iyul 2025 , 18:30
Şəhid jurnalistə həsr olunmuş kitabın təqdimatı oldu
17 iyul 2025 , 18:14
Həftənin bu günü insanlar stresli və əsəbi olur - ALİMLƏR AÇIQLADI
17 iyul 2025 , 16:37
Yayın gözəllikləri və təhlükələri: xərçəng riski var - ARAŞDIRMA
17 iyul 2025 , 16:07