Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək
26 dekabr 2016 11:48 (UTC +04:00)

Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək

Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr - 7 yanvar tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Lent.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı məlumat verib.

 

Ş.Mehmanqızının sözlərinə görə, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb: “Qeyd edim ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir. Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur”.

 

 

Bildirək ki, biletləri kassadan və ya bbak.az saytından onlayn əldə etmək mümkündür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar