
BNA sürücülərə sarı zolaqlarla bağlı MÜRACİƏT ETDİ
Bakı Nəqliyyat Agentliyi (BNA) “XV Avropa Gənclər Yay Olimpiya Festivalı”nın səmərəli təşkili məqsədi ilə nəqliyyat tədbirlərinin icrası ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Lent.az-a BNA-dan məlumat verilib. Müraciətdə bildirilib ki, müəyyən olunmuş marşrutlar üzrə çəkilmiş sarı zolaqlar idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında və təhlükəsiz çatmasını təmin etmək məqsədi daşıyır. Lakin bəzi şəxsi nəqliyyat vasitəsi sürücüləri bir çox hallarda zolağa daxil olaraq avtobusların qarşısına çıxmaqla, ara məsafəsi gözləmədən arxası ilə irəliləməklə və ya ani manevrlər etməklə hərəkətə mane olaraq qəza şəraiti yaradırlar.
Qeyd edilənləri nəzərə alaraq BNA hərəkət iştirakçılarını, xüsusən də sürücüləri festival müddətində yol hərəkəti qaydalarına, o cümlədən də sarı zolağın tələbinə əməl etməyə çağırır.
Şəhərimizdə keçirilən əvvəlki oyunlarda olduğu kimi festivalın davam etdiyi günlərdə də hərəkət iştirakçılarının tətbiq edilən müvəqqəti dəyişikliklərə anlayışla yanaşacaqlarına ümid edirik.
Oxşar yazılar

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
5 may 2025 , 21:00
Təyyarədə ayaqqabını çıxarmaq olarmı: ekspertlər və stüardessalar nə deyir?
5 may 2025 , 18:41
Tezliklə qalmaqalla üzləşəcəklər: 3 BÜRCƏ XƏBƏRDARLIQ
5 may 2025 , 18:29
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA
5 may 2025 , 17:19