Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 təhsil müəssisəsi əsaslı təmir edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, 8 məktəb üçün əlavə sinif otaqlarının, 2 məktəb üçün yeməkxananın, 1 məktəb üçün isə yeni binanın tikintisi başa çatdırılıb. Hazırda 1 məktəb üçün əlavə sinif otaqlarının tikintisi və 1 məktəb üçün müasir tipli binanın inşası davam etməkdədir. Əlavə olaraq, məktəblərin təmirə ehtiyacı araşdırılıb, 57 müəssisədə cari təmir və mühəndis kommunikasiya işləri görülüb, 11 məktəbin bufetində təmir işləri başa çatdırılıb.
Təhsil müəssisələri 2015-2016-cı tədris ilində 700 ədəd kompüter və noutbuk, 7 200 dəst parta, 300 ədəd printer və surətçıxaranla təmin olunub. Eyni zamanda, 50 məktəbdə yeni müasir tipli gənclərin çağırışaqədərki hazırlığı kabineti və 100 məktəbdə linqafon kabinet quraşdırılıb.