
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
Aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 115-120-ci km-lik hissəsində (Hacıqabul rayonu) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, hərəkətin məhdudlaşdırılması may ayının 13-dən avtomagistralın Bakı şəhəri istiqaməti üzrə olan hissəsində tətbiq ediləcək. Təmir işləri müddətində hərəkət magistral yolun sözügedən hissənin əks istiqaməti üzrə ikitərəfli olaraq təmin olunacaq.
Avtomagistralın sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Oxşar yazılar

5 BÜRCÜ güclü dəyişiklik dalğası bürüyəcək: Bu gündən
7 may 2025 , 18:38
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi keçirilib
7 may 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
7 may 2025 , 16:32
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
7 may 2025 , 16:13
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
7 may 2025 , 16:04
Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu bu tarixdə yola düşəcək
7 may 2025 , 13:35
Leysan yağacaq - Sabahın HAVASI
7 may 2025 , 12:15