Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 2019-cu il 4 №-li buraxılışında çap olunan Bakı Ali Neft Məktəbinin 248116 kodlu Biznesin idarə edilməsi ixtisası ilə əlaqədar düzəliş edib.
Mərkəzdən Lent.az-a bildirilib ki, “Magistr” jurnalının bu il nəşr olunan 4 №-li buraxılışında 42-ci səhifədə Bakı Ali Neft Məktəbinə qəbul üçün 248116 kodlu Biznesin idarə edilməsi (MBA proqramı üzrə) ixtisası Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə ikili diplom proqramı olaraq göstərilib.
Bakı Ali Neft Məktəbinin DİM-ə verdiyi məlumata əsasən, həmin ixtisas üzrə təhsil ingilis dilindədir və proqramı müvəffəqiyyətlə bitirən hər bir tələbəyə yekunda yalnız Bakı Ali Neft Məktəbinin diplomu verilir.