Dövlət qulluğuna imtahan zamanı yaşanan problemlərə <span style="color:red;">AYDINLIQ  gətirildi
11 avqust 2016 14:32 (UTC +04:00)

Dövlət qulluğuna imtahan zamanı yaşanan problemlərə AYDINLIQ gətirildi

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

 

 

TQDK-dan Lent.az-a verilən məlumata görə, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın üzvləri Ceyhun Bayramov, Niyazi Hacıyev, Kamil Aydazadə və DİM-in İcraçı direktoru Vəfadar Misirov iştirak ediblər (Şuranın üzvü Fariz İsmayılzadə xarici  ezamiyyədə olduğuna görə iclasda iştirak etməyib).

İclasın gündəliyi əsas etibarilə DQMK-nın həyata keçirdiyi işlər barədə hesabatın dinlənməsindən ibarət olub. DİM Direktorlar Şurasının sədr müavini B.Xəlilov bu haqda məruzə ilə çıxış edərək bildirib ki,  Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə 9 fevral, 11 və 18 mart tarixində elan edilmiş müsabiqə iyulun 17-də başa çatıb.

 

Müsabiqəyə 76 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 482 vakant dövlət qulluğu vəzifəsinin çıxarıldığını deyən B.Xəlilov deyib ki, bu vəzifələrin tutulması üçün 7332 vətəndaş Komissiyada namizəd kimi qeydiyyatdan keçib: "Qeydiyyatdan keçmiş namizədlərin 4603 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak edib və onlardan 1306 nəfəri müvəffəqiyyət qazanaraq müsahibə mərhələsinə buraxılıb. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ olan 1306 namizəddən 953 nəfəri bu hüquqdan istifadə etmiş və onlardan 350 nəfəri vakant vəzifələrə uyğun bilinib". 

 

B.Xəlilov test imtahanları mərhələsi zamanı müşahidə olunan əsas problemlərdən biri kimi qeydiyyatdan keçən namizədlərin imtahanlarda iştirak etməməsini göstərib: " Namizədlər asanlıqla on-line rejimdə qeydiyyatdan keçir, hər bir namizədin test imtahanı verməsi üçün vaxt müəyyən olunur və fərdi kompüter ayrılır. Qeydiyyatdan keçən namizədlərin imtahanda iştirak etməməsi lüzumsuz vaxt itkisinə və test imtahanı mərhələsinin uzanmasına səbəb olur. Bu sahədə digər problem onunla bağlıdır ki, bəzən namizəd vakant vəzifəyə uyğun hesab edilsə də, qanunvericiliyə zidd olaraq dövlət orqanının rəhbəri namizədi müəyyən bəhanələrlə həmin vəzifəyə təyin etmir. Düzdür, belə hallara getdikcə az rast gəlinir".

İclasda bu söylənilən problemlərin aradan qaldırılması istiqamətində Şura üzvləri öz təkliflərini irəli sürüb.

 

Sonra iclada  dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının strukturu, məzmunu barədə fikir mübadiləsi aparılıb və qeyd olunub ki, tələblər əmək bazarına uyğun müəyyən olunmalıdır. Həmçinin müzakirələr zamanı dövlət qulluğuna qəbul zamanı magistr təhsilinin zəruri olub-olmaması məsələsinə də toxunulub.

 

İclasda çıxış edn DİM Direktorlar Şurasının sədri M.Abbaszadə tələbə qəbulu ilə bağlı həyata keçirilmiş imtahanlar barədə qısa məlumat verərək qeyd edib ki, Komissiyanın bütün qəbul imtahanlarından əvvəl abituriyentlərin nəticələrinə dair təqdim etdiyi proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür. Bu isə TQDK-nın apardığı statistik təhlilin elmi əsaslara söykənməsi ilə bağlıdır.

 

M.Abbaszadə məruzəsində eksternat qaydasında keçirilən buraxılış imtahanları barədə də məlumat təqdim edərək bildirib ki, qeydiyyatdan keçib məlum səbəbə görə bu imtahanlarda iştirak etməyənlərin sayı ildən ilə çoxalır. Bu istiqamətdə problemin aradan qaldırılması üçün iclas iştirakçıları arasında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256

Oxşar yazılar