Elçin Musaoğlunun “Nabat” filmi mükafata layiq görülüb
28 sentyabr 2015 12:23 (UTC +04:00)

Elçin Musaoğlunun “Nabat” filmi mükafata layiq görülüb

0

Elçin Musaoğlunun “Nabat” bədii filmi XI Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor” və “Ən yaxşı aktrisa” (Fatemeh Motamed Arya) mükafatlarına layiq görülüb.

Lent.az-ın məlumatına görə, 19-25 sentyabr tarixlərində Almatıda keçirilən festivala qatılan rejissor Elçin Musaoğlu təltifetmə mərasimində də iştirak edib.

Qeyd edək ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar