Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula-1" yarışları ilə əlaqədar ümumtəhsil müəssisələrində dərslərin iyunun 14-də deyil, daha tez bitəcəyi haqda xəbərlər yayılıb.
Məsələ ilə bağlı Lent.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyindən bildirilib ki, "Formula-1" yarışları tədris ilinin müddətinə heç bir təsir göstərməyəcək: “Ümumi təhsil müəssisələrində dərslər bir qayda olaraq, sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır”.
Xatırladaq ki, bu il iyunun 19-da Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula-1" Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək.