Fransa-Azərbaycan Universitetində tədris niyə ingilis dilindədir? – <span style="color:red;">Açıqlama
22 iyun 2016 10:18 (UTC +04:00)

Fransa-Azərbaycan Universitetində tədris niyə ingilis dilindədir? – Açıqlama

Yenicə tələbə qəbulu elan edən Fransa-Azərbaycan ( UFAZ) Universitetində tədrisin ingilis dilində aparılmasına qərar verilib.

 

Bununla bağlı Lent.az-a açıqlama verən Fransa- Azərbaycan Universiteti üzrə əlaqələndirici şəxs, layihə koordinatoru Charlotte Payen bildirib ki, bu cür qərarın verilməsində məqsəd universitetə qəbul prosesini genişləndirmək, UFAZ universitetini mümkün qədər daha çox abituriyentlərin üzünə açmaqdır. 

 

C.Payenin sözlərinə görə, UFAZ universiteti kimya mühəndisliyi, kompüter elmi, geofizika, neft kəşfiyyatı və istismarı kimi elmi fənlərə əsaslanan mühəndislik elmləri üzrə texniki universitetdir. Hazırda Fransanın bütün mühəndislik məktəblərində diplom əldə etmək üçün ingilis dili biliyi icbari olaraq tələb olunur.

 

“Bundan əlavə, fransız dili UFAZ universitetində də tədris olunacaq. UFAZ tələbələrinin ingilis dili ilə yanaşı fransız dili biliyinə də yiyələnməsi üçün bu dil tədricən fənn kurrikulumlarına salınacaq” deyən C. Payen qeyd edib ki, bu minvalla UFAZ məzunları universiteti bitirdikdə yüksək səviyyədə elmi və dil bacarıqları sayəsində böyük iş imkanlarına sahib olacaq  və daha nüfuzlu yerli  və beynəlxalq şirkətlərlə iş əlaqələri yarada biləcəklər.

 

Qeyd edək ki, Fransa- Azərbaycan Universitetinə sənəd qəbulunun müddəti iyulun 18-21 tarixlərində saat 10.00-18.00 arasında baş tutacaq. Layihəyə  əsasən, 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində 4 ixtisas üzrə tədris başlanacaq. Bu il UFAZ-a daxil olan tələbələrdən 120 nəfəri (ən yüksək nəticə göstərənlər) təhsil aldıqları müddətdə təhsil haqqından azad olacaqlar. 40 tədris yeri isə ödənişli əsaslarla təklif olunacaq.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar