<b>Temperatur 5-8 dərəcə enəcək  - </b><span style="color:red;">XƏBƏRDARLIQ
18 may 2016 12:24 (UTC +04:00)

Temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısından 21-i səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, mayın 20-də havanın temperaturunun 4-7 dərəcə aşağı enəcəyi gözlənilir.

 

Mayın 18-i axşam şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Mayın 20-də temperatur 5-8 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

 

Mayın 19-da Bakı və Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 14-16, gündüz 24-29, Bakıda gecə 14-16 dərəcə, gündüz 26-28 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında havanın əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.  Havanın temperaturu Aran rayonlarında gecə 14-18, gündüz  27-32, dağlıq rayonlarda gecə  8-13, gündüz  16-21 dərəcə isti olacaq.

 

Tibbi xəbərdarlığa gəlincə isə, mayın 19-ü günün ikinci yarısından 21-dək Abşeron yarımadasında atmosfer təzyiqinin yüksələcəyi, güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180

Oxşar yazılar

Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllim  işsiz qaldı

Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllim işsiz qaldı

10 iyul 2025 , 10:51
I və IV qrupların imtahan vaxtı AÇIQLANDI

I və IV qrupların imtahan vaxtı AÇIQLANDI

10 iyul 2025 , 10:27
Bakının iki qəsəbəsinin qazı kəsilir

Bakının iki qəsəbəsinin qazı kəsilir

10 iyul 2025 , 09:57
Bakının bu qəsəbəsi işıqsız qalacaq

Bakının bu qəsəbəsi işıqsız qalacaq

10 iyul 2025 , 09:41
Tezliklə  arzularını reallaşdıracaq   BÜRCLƏR

Tezliklə arzularını reallaşdıracaq BÜRCLƏR

10 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

10 iyul 2025 , 08:20
Leysan yağacaq,  sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

9 iyul 2025 , 19:11
Məhəmməd Salah Bodrumda  villa aldı:   Dəyəri heyrətamizdir

Məhəmməd Salah Bodrumda villa aldı: Dəyəri heyrətamizdir

9 iyul 2025 , 18:45