Macarıstanın paytaxtı Budapeştdə ənənəvi beynəlxalq kitab sərgi-yarmarkası olub. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sərgi-yarmarkada ölkəmizin müxtəlif nəşriyyatlarında çap olunmuş təxminən 200 adda 500-dən çox kitab nümayiş etdirilib. Onların arasında Heydər Əliyevə həsr olunmuş kitablar, klassik və müasir Azərbaycan yazıçılarının əsərləri, respublikamızın tarixi yerlərinə, turist marşrutlarına dair kitab, albom və bukletlər, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər barəsində Azərbaycan və xarici dillərdə ədəbiyyat yer alıb.
Azərbaycan guşəsinin açılışında ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli çıxış edib. Guşədə səfirlik tərəfindən macar dilində çap olunmuş 10-dan çox kitab da nümayiş olunub.
Kitablarımız beynəlxalq sərgidə...
0
0
0
0