2016/2017-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlər üçün qeydiyyat prosesi sabah bitir.
Lent.az-ın məlumatına görə, bu gün saat 16:00-a olan məlumata əsasən, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan 1077 abituriyentin 60 faizi qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçib.
Bildirək ki, qeydiyyat 10 avqust saat 17:00-da sona çatacaq. Müəyyən olunmuş vaxta qədər qeydiyyatdan keçməyən abituriyentlərin adları qəbul olanların siyahısından çıxarılacaq.