Kredit almaq istəyən tələbələrin nəzərinə
02 sentyabr 2016 13:06 (UTC +04:00)

Kredit almaq istəyən tələbələrin nəzərinə

 

“Maarifçi” Tələbə Kredit Fondu növbəti elan sessiyasına start verir.

 

Fonddan Lent.az-a verilən məlumata görə, ikinci elan sessiyası 01-31 oktyabr tarixində başlayacaq.
 

Bildirək ki, bu elan sessiyası 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Tələbələr seçim meyarlarına uyğun olaraq seçilir. Sessiyanın seçim meyarları birinci elan sessiyasında olduğu kimi qalıb.

 

Qeyd edək ki, birinci elan sessiyası 3-25 iyun tarixində aparılıb. İyunun 3-dən 25-dək isə kredit almaq üçün ümumilikdə 55 elektron müraciət daxil olub. Onlardan 22-si Fondun müəyyən etdiyi meyarlara uyǧun gəlib və 22 müqavilə imzalanıb. Bu kreditlərdən 10-u standart kredit paketi, 12-si isə güzəştli kredit paketi şəkilində verilib. 

Mənfi cavab alan tələbələr iki qrupa bölünüb. Bunlar akademik göstəricisi 71-dən aşağı olanlar olub. Akademik borcu uyğun olmayanların sayı 10, sonrakı illər üçün müraciətlərin sayı isə 13 təşkil edib. Eləcə də valideynlərinin kredit tarixçələrində olan sənədləşmə uyğunsuzluğu olanların sayı 8 nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190

Oxşar yazılar