Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb. Departamentin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdyi məlumata görə, iyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Yaxın iki gün ərzində küləkli hava şəraiti hökm sürəcək. Şimal-qərb küləyinin sürəti arabir gülənəcək. Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 26-31 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, iyunun 19-da hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur gecə 17-22 dərəcə, gündüz 29-34 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 19-24 dərəcə isti təşkil edəcək.