Magistraturaya əlavə qəbul gələn həftə elan olunacaq
02 avqust 2013 16:58 (UTC +04:00)

Magistraturaya əlavə qəbul gələn həftə elan olunacaq

0

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin nəşrdə magistraturaya boş qalmış yerlərə əlavə yerləşdirmə barədə elan, boş yerlərin siyahısı və müsabiqə şərtləri dərc olunacaq.

 

Bu il magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılıb və 6794 plan yeri ayrılıb. Qəbul imtahanlarının nəticələrinə əsasən, 1851 plan yeri boş qalıb. 

 

Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün ali məktəblərin magistraturalarına təsdiq edilmiş qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616-dır.

 

Magistraturaya boş qalan yerlərin elan olunacağı “Magistr” jurnalının 6-cı sayı növbəti həftənin əvvəlində işıq üzü görəcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1216

Oxşar yazılar