Bu gündən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) dəyişməsi üzrə elektron ərizələrin qəbulu prosesinə start verilib.
Lent.az-ın məlumatına görə, ərizə qəbulu prosesi iyunun 12-dək davam edəcək.
Müsabiqə nəticəsində iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılması sentyabrın 15-nə kimi həyata keçiriləcək.