“İxtisaslaşmış kanalların yaranması o qədər də asan məsələ deyil. Bizim kimi ölkələrdə bu cür praktikaya çox az rast gəlinir”.
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MTRŞ sədri Nurşirəvan Məhərrəmli bildirib. Şura sədri qeyd edib ki, Azərbaycanda idmana və mədəniyyətə yüksək səviyyədə qayğı göstərildiyi üçün bu cür kanallar yaradılıb: “Dövlət uşaq kanalı üçün maliyyə vəsaiti ayırarsa, biz də bunu uğurla həyata keçirərik”.
MTRŞ sədri onu da qeyd edib ki, uşaq kanalı ilə bağlı məsələni həvəskarlara həvalə etmək mümkün deyil: “Yəni özəl şirkətlərə və özəl televiziyalara bunu həvalə edə bilmərik”.