Noyabr ayı ərzində 26 qida zəhərlənməsi hadisəsi baş verib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, ümumilikdə 31 nəfər zərər çəkib.
İ.Abdullayevin sözlərinə görə, bundan başqa, ötən ay qeydə alınan 3 botulizm hadisəsi nəticəsində isə 9 nəfər zəhərlənib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib.
İ.Abdullayev əlavə edib ki, 2016-cı ilin 11 ayında respublikada 573 qida zəhərlənməsi hadisəsi baş verib: “ Bu hadisələr nəticəsində 848 nəfər zərər çəkib. Yanvar-oktyabr aylarında 33 botulizm hadisəsi nəticəsində 46 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsindən 2 nəfər ölüb”.