<b>Prezident İlham Əliyev Zərdab rayonuna səfər edib</b> - YENİLƏNİB
02 dekabr 2016 18:20 (UTC +04:00)

Prezident İlham Əliyev Zərdab rayonuna səfər edib - YENİLƏNİB

0

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdaba səfəri çərçivəsində Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına və xanımına məlumat verib ki, xəstəxana əsaslı təmir və yenidənqurmadan sonra 125 çarpayılıq tibb müəssisəsi kimi fəaliyyət göstərəcək. Hazırda xəstəxanada 530 işçi çalışır ki, onlardan 57-si həkim, qalanları isə orta tibb işçiləridir.

 

İki korpusdan və doqquz yardımçı binadan ibarət olan xəstəxananın əsas korpusunda cərrahiyyə, ginekologiya, doğum, terapiya, dializ, şüa-diaqnostika, intensiv terapiya, poliklinika və digər şöbələr fəaliyyət göstərəcək. Digər korpusda isə yoluxucu xəstəliklər bölməsi fəaliyyət göstərəcək.

 

Xəstəxananın kollektivi adından çıxış edən Esmira Tağıyeva və rayon ictimaiyyəti adından danışan Fiqurə Abbasova göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

 

***

17:24

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 2-də Zərdab rayonuna səfərə ediblər.

 

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət  başçısı və xanımı əvvəlcə  Heydər Əliyevin Zərdab şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət ediblər.

 

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar