Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
25 aprel 2013 18:02 (UTC +04:00)

Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib. Lent. az-ın məlumatına görə, E. İhsanoğlu ölkəmizə hər gəlişi zamanı böyük inkişaf prosesinin şahidi olduğunu deyib. O, Azərbaycanın təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasının Bakıda keçirilməsini əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirib. Baş katib təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın rolunu xüsusi qeyd edib.
Azərbaycanda gedən sürətli inkişaf proseslərinə toxunan dövlətimizin başçısı bu baxımdan son illərdə Bakıya və respublikanın digər regionlarına sərmayə qoyuluşunun artmasının önəmini qeyd edib. Prezident İlham Əliyev qeyri-neft sektorunda əldə edilən nailiyyətlərin əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasının Bakıda keçirilməsini təşkilata üzv olan dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
Görüşdə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub, Azərbaycanın bu təşkilatın bütün strukturlarında fəal əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd edilib, bu əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar