Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2010-cu ildə qəbul etdiyi qərara əsasən, aprelin hər dördüncü cümə axşamı Beynəlxalq Qızlar Günü kimi qeyd edilir.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu günün qeyd edilməsində məqsəd qızları informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində təhsil almağa və çalışmağa həvəsləndirməkdir.
Həmin gün müxtəlif tədbirlər təşkil edilir. BTİ nümayəndələri bildirilər ki, aşkar üstünlüyə baxmayaraq, qızların çoxu İKT sahəsində karyera imkanları barədə heç düşünmürlər. Bu gün İKT sahəsində qərarlar qəbul edəcək qadınların sayının artmasına, hökumət, biznes və elmi müəssisələrdə inzibati və rəhbər vəzifələr tutmaq istəyən qadınların daha da çoxalmasına şərait yaradacaq.