<b>Yağış, külək, dolu...</b>-<span style="color:red;"> XƏBƏRDARLIQ
01 iyun 2016 12:23 (UTC +04:00)

Yağış, külək, dolu...- XƏBƏRDARLIQ

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, iyunun 2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 

Rayonlarda isə iyunun 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. İyunun 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal küləyi əsəcək.

 

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 16-19, gündüz  21-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 14-19, gündüz 26-31 dərəcə isti, dağlıq rayonlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274

Oxşar yazılar