<b>37 dərəcə isti, leysan, dolu</b>
24 iyun 2016 12:35 (UTC +04:00)

37 dərəcə isti, leysan, dolu

İyunun 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-24,  gündüz 29-34, Bakıda  gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   

 

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37, dağlıq rayonlarda gecə  13-18, gündüz  21-26 dərəcə isti olacaq.

 

Tibbi xəbərdarlığa gəlincə isə, yaxın iki gündə Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322

Oxşar yazılar