<b>38 dərəcə isti, yağış -</b> <span style="color:red;">Şənbə gününün havası
25 iyun 2016 12:35 (UTC +04:00)

38 dərəcə isti, yağış - Şənbə gününün havası

 

İyunun 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində  qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal qərb küləyi əsəcək,

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti , Bakıda gecə 20-22 dərəcə, gündüz 31-33 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi ayı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə  19-24, gündüz  33-38 dərəcə isti, dağlıq rayonlarda gecə  12-17, gündüz   21-26 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287

Oxşar yazılar