Sərhəd keçid məntəqələri yeni qaydalarla işləyəcək
24 aprel 2013 15:09 (UTC +04:00)

Sərhəd keçid məntəqələri yeni qaydalarla işləyəcək

0

“Regionda neft-qaz kəmərlərinin çəkilişi və enerji təhlükəsizliyi məsələlərinin həlli  ölkələrimizin birgə səyləri nəticəsində mümkün olub”. Lent. az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Aydın Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin rəisi Laşi Xuçişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. Komitə sədri qeyd edib ki, nəqliyyat məsələlərinin həllində də böyük işlər görülüb və Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi tarixi hadisədir.

İkitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluqla söhbət açan Komitə sədri əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

 L. Xuçişvili Azərbaycana ilk dəfə səfər etdiyini və Bakı şəhərinin timsalında ölkədə görülən böyük işlərdən məmnunluğunu bildirib.

 Tərəflər Azərbaycan və Gürcüstan arasında sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məsələsini müzakirə ediblər. Müzakirələrin nəticəsi olaraq, məsələ ilə bağlı ikitərəfli işçi qrupunun yaradılması nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1145

Oxşar yazılar