<b>Şimşək çaxacaq, dolu düşəcək –</b> <span style="color:red;">Sabah
31 may 2016 12:47 (UTC +04:00)

Şimşək çaxacaq, dolu düşəcək – Sabah

 

İyunun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı, .şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 16-19,  gündüz 22-27, Bakıda gecə 17-19 dərəcə, gündüz 25-27 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında havanın əsasən  gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu Aran rayonlarında gecə 14-19, gündüz 25-30,  dağlıq rayonlarda gecə 8-13, gündüz  16-21 dərəcə isti olacaq.

 

Tibbi xəbərdarlığa gəlincə isə,  iyunun 1-3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296

Oxşar yazılar