Təcili tibbi yardıma edilən yalançı çağırışların qarşısı alınır
08 sentyabr 2016 14:59 (UTC +04:00)

Təcili tibbi yardıma edilən yalançı çağırışların qarşısı alınır

 

 

Təcili tibbi yardımın keyfiyyətini artırmaq və bəzi nöqsanları aradan qaldırmaq məqsədi ilə təcili tibbi yardım stansiyasına zəng edən şəxsin həmin an yerləşdiyi məkanın dəqiq təyin edilməsi sistemi nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunun köməyi ilə ünvanın dəqiqləşdirilməsinə sərf olunan vaxta qənaət olunacaq və yalançı çağırışların qarşısı alınacaq. Çağırışın dəqiq ünvanı, adına çağırış verilən şəxs haqqında bütün məlumatlar elektron sistem vasitəsilə dərhal həkimin planşetinə ötürüləcək. Həmin məlumatlar əsasında həkim hətta yolda olarkən xəstə ilə bağlı ətraflı məlumatları əldə edə biləcək. Bu, da vaxt itkisinin qarşını almağa və təcili tibbi yardımın keyfiyyətinin yüksəlməsinə imkan verəcək.

 

Yeni naviqasiya sistemi nəzərdə tutulub ki, bu məqsədlə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə müraciət olunub. Yeni elektron sistem gələcəkdə yaradılması nəzərdə tutulmuş icbari tibbi sığortanın tətbiqi zamanı məlumatların ötürülməsinə şərait yaradacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267

Oxşar yazılar