Son günlər havaların isti keçməsi ilə əlaqədar təcili yardıma günvurma halı ilə bağlı hələ müraciət daxil olmayıb.
Bunu Lent.az- açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
Baş həkim bildirib ki, əvvəllər təcili yardıma 2100-2200 çağırış daxil olurdusa, yay aylarında çağırışların sayı stabilləşib. İndi təxminən gün ərzində 1600-1700 çağırış daxil olur. Müraciətlər əsasən gündəlik problemlər, təzyiq, hava dəyişməsi ilə əlaqədar ürək-qan damar, sinir sistemində baş verən dəyişikliklər, xroniki xəstəliklərin kəskinləşməsi ilə bağlı olur.