Bakıda təmirə bağlanan bağça tamamilə sökülüb.
Lent.az-ın məlumatına görə, Bayıl yaşayış sahəsində yerləşən 157 saylı uşaq bağçası təmir işləri ilə əlaqədar noyabr ayında fəaliyyətini müvəqqəti dayandırmışdı.
Təmirə bağlanan bağçada işlər yarımçıq qoyulub və bina tamamilə sökülüb.
Səbail Rayon İcra Hakimiyyətindən Lent.az-a fakt təsdiqlənib.
İcra Hakimiyyətindən bildirilib ki, qəzalı vəziyyətdə olan uşaq bağçasının yerinə bütünlüklə yeni bağça tikiləcək: “Təmir işlərini saxladıq, çünki bağça o qədər pis vəziyyətdə idi ki, təmir getdikcə divarları tökülürdü. Biz də daha yaxşı nəticə əldə etmək üçün bağçanı sökmək qərarına gəldik”.
Bağçanın tikintisi 4 aya yekunlaşacaq.
Qeyd edək ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında da Bayıl yaşayış sahəsində 157 saylı uşaq bağçasının əsaslı təmiri maddəsi qeyd olunub.