Temperatur 30 dərəcəyə çatacaq
26 aprel 2013 13:00 (UTC +04:00)

Temperatur 30 dərəcəyə çatacaq

0

Torpağın şum qatında temperaturun yüksəlməsi səpilmiş çiyidin, qarğıdalının cücərməsinə müsbət təsir edəcək

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə. Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gündüz arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

 

Azərbaycanın rayonlarına gəlincə, aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı  yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25, bəzi yerlərdə 28-30, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacaq.

 

Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji məlumat da yayıb. Respublikanın ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan əlverişli hava şəraiti kənd təsərrüfatı bitkilərinin vegetasiyasını sürətləndirəcək. Torpağın şum qatında temperaturun 14-18 dərəcəyə yüksəlməsi səpilmiş çiyidin, qarğıdalının cücərməsinə müsbət təsir edəcək. Belə hava şəraiti əksər rayonlarda payızlıq dənli bitkilərin sünbülləmə mərhələsinin başlanması, bostan və tərəvəz bitkilərinin əkilməsi çoxillik otların inkişafı üçün əlverişli olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2543

Oxşar yazılar