TQDK-dan vacib xəbər
23 aprel 2013 14:24 (UTC +04:00)

TQDK-dan vacib xəbər

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib. Qurumun mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, “Təhsil haqqında”   Qanuna əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. Bu kateqoriyadan olan abituriyentlər  “Abituriyent ərizəsi” formasının və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini (diplom, yarışın protokolu)  mayın  1- 21-də  TQDK-ya və ya qurumun regional bölməsinə  təqdim etməlidirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər  seçmə turdan keçməli və QİK-də qeydiyyata alınmalıdırlar. 

Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib.

Qeyd edək ki, daha ətraflı məlumatı TQDK-nın rəsmi internet saytından əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3080

Oxşar yazılar