Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Kazım oğlu Ələkbərov “Şöhrət” ordeni ilə təltif edilib. Lent. az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Urxan Ələkbərov Azərbaycan Respublikasında elmin və təhsilin inkişafındakı xidmətlərinə görə bu mükafatla təltif edilib.