Bu gün Milli Məclisdə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Dəyişikliyə əsasən, Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, dövlət və özəl təhsil müəssisələrində ödənişli təhsil alan uşaqların təhsil haqqı dövlət hesabına ödəniləcək. Hadı Rəcəbli bildirib ki, Azərbaycanda 2009-2012-cu ildə bu kateqoriyadan olan 166 tələbədən 19 nəfəri ödənişli əsasla oxuyur, bunların 17-i isə özəl ali təhsil müəssisələrində tədris alır. O qeyd edib ki, əgər uşaq valideynlərindən birini itiribsə və ikinci valideynin əlillik statusu varsa, həmin uşaq da bu güzəştlərdən yararlana bilər.
Qanun layihəsi qəbul edilib.
Ramiz