Yaponlar Azərbaycanla nəyi bölüşəcəklər?
27 fevral 2013 11:42 (UTC +04:00)

Yaponlar Azərbaycanla nəyi bölüşəcəklər?

0

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Mitsubishi elektrik korporasiyası, Mitsubishi Ağır Sənaye MMC və başqa şirkətlərinin daxil olduğu  nümayəndə heyəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olub. Bu barədə Lent .az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov onlara ölkədə İKT sektorunda həyata keçirilən işlərlə bağlı məlumat verib. Bildirib ki, Azerspace-1 telekommunikasiya  peykinin orbitə buraxılması ilə bu sahədə yeni bir mərhələnin başlanğıcı qoyulub. Növbəti telekommunikasiya  peykinin orbitə çıxarılması üçün hazırlıq işlərinin aparıldığını qeyd edən nazir Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarının ölkələr arasında bu sahədə əlaqələrin inkişafına töhfə verəcəyini deyib.

 

Yaponiya nümayəndə heyətinin rəhbəri  Mitsubishi Electric korporasiyasının böyük vitse-prezidenti Takashi Sasakava Bakıda Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarının keçirilməsinə göstərilən dəstəyə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə minnətdarlığını bildirib. O qeyd edib ki, informasiya texnologiyalarının inkişafı üzrə dünyanın aparıcı ölkələrindən hesab olunan Yaponiya Azərbaycanla təcrübələrini bölüşməyə hazırdır.

 

Sonda Yaponiyanın İKT sektoru üzrə tanınmış şirkətləri barədə geniş təqdimat olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 917

Oxşar yazılar