Yeni nazir KİV-ə müraciət etdi: “...suallarınızı yazılı göndərin”
26 aprel 2013 14:39 (UTC +04:00)

Yeni nazir KİV-ə müraciət etdi: “...suallarınızı yazılı göndərin”

0

Təhsil Nazirliyi kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən lent.az-a verilən məlumata görə, Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırır.

 

Bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarını artıracaq. Odur ki, media təmsilçilərindən yeni əməkdaşlıq siyasəti formalaşdırılana qədər Təhsil Nazirliyinə edilən müraciətlərin yazılı olaraq göndərilməsi xahiş olunur.

Eyni zamanda bildiririk ki, KİV-dən daxil olan bütün müraciətlər həftənin şənbə və bazar günləri istisna olmaqla, Təhsil Nazirliyinə daxil olduğu müddətdən 24-48 saat ərzində araşdırılıb cavablandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1810

Oxşar yazılar