Yanan yataqxananın köçkün sakinlərinə EV VERİLƏCƏK  - VİDEO
11 yanvar 2023 15:05 (UTC +04:00)

Yanan yataqxananın köçkün sakinlərinə EV VERİLƏCƏK - VİDEO

Bu gün səhər saat 07 radələrində Suraxanı rayonu şəhid Kərəm Vəliyev adına ikimərtəbəli yataqxana binasında yanğın baş verib.

Yanğının söndürülməsi zamanı binanın digər mənzilləri də yarasız hala düşüb. Mənzilləri yararsız hala düşən sakinlər başqa əraziyə köçürülmələrini tələb edirlər. 

Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Suraxanı rayonu üzrə sektor müdiri Əkbər Qənbərliyə müraciət edib. 

Sektor müdirinin sözlərinə görə, mənzilləri yarasız hala düşən sakinlər tezliklə Zəngilan rayonunda evlə təmin olunacaqlar:

“FHN-nin aktı var ki, həmin bina qəzalı vəziyyətdədir. Buna baxmayaraq, bildiyimiz kimi, torpaqlarımız işğaldan azad olunduğu üçün vətəndaşların yeni binaya köçürülməsi yalnız Zəngilanda öz kəndlərində baş tuta bilər. Onların tez bir zamanda paytaxtda başqa yerə köçürülməsinə bina yoxdur. Çox yaxın vaxtda onları öz el-obalarında mənzillə təmin edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2850
avatar

Fidan İlqar

Oxşar yazılar