Yol polisindən skuter sürənlərə XƏBƏRDARLIQ:  100 manata qədər..
24 avqust 2022 18:03 (UTC +04:00)

Yol polisindən skuter sürənlərə XƏBƏRDARLIQ: 100 manata qədər..

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yollarda təhlükəsizliklə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarənin baş inspektoru, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, sürücülər cərimələrə görə deyil, təhlükəsiz hərəkət naminə qaydalara riayət etməlidir:

“Yol hərəkəti haqqında qanunvericilik sürücülərlə yanaşı digər iştirakçılara da hüquq və vəzifələr müəyyən edir. Digər iştirakçılara piyadalar, sərnişinlər, velosipedçilər, mopedçilər, eyni zamanda son günlər sayı artan skuter və segveylər də aiddir. Hər bir iştirakçı yol hərəkəti qaydalarına riayət etməklə özünün və ətrafdakıların təhlükəsizliyini qorumalıdır. Yol hərəkəti qaydalarına düzgün riayət etməyən digər iştirakçılar üçün isə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində 20 manatdan 100 manata qədər cərimə nəzərdə tutulub. Yol hərəkəti iştirakçılarına tövsiyə edirik ki, qaydaları cərimə və maddələrə tuş gəlməməkdən ötrü deyil, özləri və ətrafdakıların sağlamlıqları naminə pozmasınlar”.

# 2298
avatar

Mehman Nəbiyev

Oxşar yazılar